banner
banner

Sosİal

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

Özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif edilir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək (əmlak təhvil verilənədək) işsiz şəxslərə, xüsusən də bir sıra hallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesinin bir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Həmçinin, Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerli komissiyanın özünüməşğulluğa cəlb edilmə barədə qərarının işsiz və işaxtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqla əmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətin müəyyən edilməsi məqsədilə “Özünüməşğulluğun təşkili Qaydası”na dəyişikliyin edilməsi də təkliflər arasındadır.

Məlumat üçün bildirək ki, “Özünüməşğulluğun təşkili Qaydası”na əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumu və ya DOST mərkəzləri tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.trend



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.