banner
banner

Sosİal

17 gün İŞ OLMAYACAQ - Həmin TARİXLƏR

17 gün İŞ OLMAYACAQ -

Mart ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.

Cia.az xəbər verir ki, qarşıdan gələn ay ərzində ölkədə üç bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü, eləcə də Ramazan və Novruz bayramları qeyd ediləcək.

Təqvimə əsasən, martın 8-i bazar gününə təsadüf etdiyindən 9 mart da istirahət günü olacaq. Bundan əlavə, 20–24 mart tarixləri Novruz bayramı günləri kimi qeyd olunur. 21 və 22 martın həftəsonuna düşməsi səbəbindən 25 və 26 mart da qeyri-iş günü elan ediləcək.

Eyni zamanda, martın 20–21-də qeyd olunan Ramazan bayramı digər bayram günləri ilə üst-üstə düşdüyünə görə, Əmək Məcəlləsinə uyğun olaraq 27 və 30 mart tarixləri də istirahət günü sayılacaq.

Beləliklə, bayramlar və həftəsonları nəzərə alınmaqla mart ayında ümumilikdə 17 qeyri-iş günü olacaq. Novruz və Ramazan bayramları ilə əlaqədar isə 20–30 mart tarixləri aralığında ardıcıl 11 gün iş olmayacaq.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.