Gəncədə avtomobil idarəetməni itirərək qəza törədib, sürücü ölüb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.
Nəticədə sürücü ölüb.
Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.