banner
banner

Sosİal

Bakıda marşrut avtobusu ağır qəzaya düşdü – YARALILAR VAR

Bakıda marşrut avtobusu ağır qəzaya düşdü –

Bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Cia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Belə ki, Sərxan Kazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyi tələb edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.