Martın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.