banner
banner

Dəm qazından zəhərlənən 27 yaşlı qız öldü

Dəm qazından zəhərlənən 27 yaşlı qız öldü

Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Cia.az xəbər verir ki, hadisə martın 12-si saat 16 radələrində rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Esmira Gülləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E.Məmmədova martın 13-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər