banner
banner

Sosİal

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Aprel ayında astronomiya həvəskarlarını sevindirəcək bir hadisə yaşanacaq. Ekspertlərin proqnozlarına görə, “C/2025 R3 (PANSTARRS)” adlı parlaq komet Şimal yarımkürəsində, o cümlədən Azərbaycanın səmasında da müşahidə oluna bilər.

Cia.az xəbər v erir ki, Kometin Günəşə ən yaxın nöqtədən, perigelidən 19-20 aprel tarixlərində keçəcəyi gözlənilir. Ən yaxşı görünmə şəraiti aprelin 17-nə təsadüf edəcək. Həmin gün kometin parlaqlığının birinci ulduz kəmiyyətinə çatacağı bildirilir.

 

Əsas maraqlı hadisə isə aprelin 25-də baş verə bilər. Bu zaman komet Günəş və Yer arasında demək olar ki, düz bir xətt üzərində yerləşəcək. Günəş şüalarının birbaşa səpilmə effekti nəticəsində kometin parlaqlığının kəskin artaraq mənfi dörd ulduz kəmiyyətinə çatması ehtimal edilir. Bu baş verərsə, kometi hətta gündüz vaxtı da görmək mümkün ola bilər.

Alimlərin fikrincə, aprelin 1-dən 21-dək kometi şərq üfüqündə, səhər sübh çağı, Peqas bürcü fonunda adi gözlə müşahidə etmək mümkün olacaq. Bakı kimi işıqlı şəhərlərdə
müşahidə üçün şəhərdən kənara, işıq çirklənməsinin az olduğu ərazilərə çıxmaq daha məqsədəuyğundur.

Bu cür kosmik hadisələri izləmək üçün “Stellarium” kimi astronomik tətbiqlərdən istifadə etmək müşahidənizi daha rahat edə bilər.//Demokrat.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.