Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra efirə qayıdır.
Bununla bağlı məlumatı ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib. O bildirib ki, Nanə yaxın günlərdə tamaşaçı qarşısına çıxacaq.
"Nanəli" verilişi yeni formatda, yeni studiya dekoru ilə efirə qayıdır" - deyə Ozal İbrahimli əlavə edib.
Qeyd edək ki, Nanə Ağamalıyeva ötən il "7 Tamam" proqramına aparıcılıq edib. Onun proqramının yayımı dayandırılıb. Bu mövsüm isə Nanə heç bir verilişlə efirə çıxmayıb. (Axşam.az)
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.