Süni intellektin qurbanı: günahsız qadın 6 ay həbsdə qaldı
ABŞ-də 50 yaşlı Angela Lipps süni intellektə əsaslanan üz tanıma sisteminin səhvi üzündən təxminən altı ay həbsdə qalıb.
Cia.az xəbər verir ki, qadın bank fırıldaqçılığı işi üzrə saxlanılıb və hüquq-mühafizə orqanları onu məhz sistemin verdiyi nəticəyə əsasən cinayətlə əlaqələndirib.
Məlumata görə, müşahidə kameralarına düşən naməlum bir qadın ABŞ ordusuna məxsus saxta vəsiqədən istifadə edərək hesablardan on minlərlə dollar çıxarıb.
Bildirilir ki, ötən ilin iyulunda polis əməkdaşları qadının yaşadığı evə basqın ediblər. Həmin vaxt Angela Lipps evdə uşaqları və nəvələri ilə birlikdə olub. O, girov hüququ verilmədən dairə həbsxanasına göndərilib və sonradan ona qarşı səkkiz ittiham irəli sürülüb.
Bir neçə ay sonra qadın məhkəmə qarşısına çıxarılıb. Lakin onun vəkili əlavə araşdırma tələb edib. Müdafiə tərəfinin istintaqa təqdim etdiyi bank çıxarışları göstərib ki, fırıldaqçılıq hadisəsi baş verən vaxt Angela Lipps cinayətin törədildiyi yerdən təxminən 2 min kilometr uzaqda olub.
Nəticədə qadın Milad ərəfəsində azadlığa buraxılıb.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.