Azərbaycanda ər və arvadın meyiti evdən TAPILDI - Fotolar
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
Hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır. /APA
Avropaya narkotik daşınmasında istifadə olunan iri yeraltı tunel şəbəkəsini ifşa olunub. İspaniya hüquq-mühafizə orqanları Seuta ərazisində, sənaye anbarının altında gizlədilmiş tunel sistemini aşkarlayıb.