banner
banner

Sosİal

Bu şəxslərin pensiyası övladına veriləcək

Bu şəxslərin pensiyası övladına veriləcək

Hər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır.

Qanunvericiliyə əsasən, belə şəxslərə valideynlərinin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir. Valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanmış pensiya kapitalı hesablanır və nəticədə yalnız bir pensiya – məbləği daha yüksək olan valideynin pensiyası təyin edilir.

Yəni, şəxs həm atasının, həm də anasının pensiyasını ayrıca-alrı ala bilməz. Hesablama zamanı hər iki valideynin iş stajı, əməkhaqqı və yığılan pensiya kapitalı nəzərə alınır, daha yüksək məbləğ hansıdırsa, həmin pensiya təyin olunur və şəxs o pensiyanı alır.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, hər iki valideynini itirmiş şəxslər adətən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ilə təmin olunurlar. Bu pensiya hüququ uşağın 18 yaşına qədər, əgər əyani təhsil alırsa 23 yaşına qədər, əlilliyi varsa əlillik müddəti ərzində ödənilə bilər. Pensiya almaq üçün isə vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olması əsas şərtlərdən biridir.

Pensiya təyin olunması üçün müraciət şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və təhsil alırsa təhsil haqqında arayışla birlikdə Dövlət Sosial Müdafiə Fonduna edilir. Pensiya məbləği isə valideynlərin topladığı pensiya kapitalına uyğun olaraq hesablanır. (Nocomment.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.