banner
banner

Gündəm

Qalmaqallı prokuror işdən çıxarıldı

Qalmaqallı prokuror işdən çıxarıldı
Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Cia.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. 

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur. 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?