Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.
"Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər Lənkəran sakini xəsarət alıb.
Belə ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.