İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik.
Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik", MN-dən bildirilib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.