banner
banner

Gündəm

Müdafiə Nazirliyi Aprel döyüşlərinin 10 illiyi əlaqədar MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi Aprel döyüşlərinin 10 illiyi əlaqədar MƏLUMAT YAYDI

Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir.

Bu barədə Cia.az Müdafiə Nazirliyindən məlumat yayıb.

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır. Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır.

Ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş "məğlubedilməzlik" mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi.

Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı.

İşğal altında olan 2 min hektardan çox torpaqlarımız azad olundu, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçdi.

Azərbaycan Ordusunun şücaəti və peşəkarlığı bu döyüşlərdə özünü göstərdi. Aprel döyüşləri həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı üstünlük sayəsində xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmləndi.

Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun əsasını qoydu və təcrübə baxımında ordumuz üçün ciddi sınaq oldu.

Xalq-dövlət-ordu birliyi naminə həmrəyliyin təntənəsinə çevrilən Aprel qələbəsi, eyni zamanda Azərbaycan əsgərinin peşəkarlığının, ordumuzun qüdrətinin və Vətən övladlarının misilsiz şücaətinin ifadəsi kimi tarixləşdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurdu.

Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alındı, separatizmə son qoyuldu, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi, həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

TDT-nin baş nazirləri Bakıda

İstanbul və Macarıstandan sonra təşkilatın Azərbaycan paytaxtında iki gün davam edəcək daha yüksək səviyyədə görüşü başlayır

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Ağdərədə 31 mart - 3 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Əli Əsədov mühüm QƏRAR İMZALADI

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.