banner
banner

Şou

Türk müğənni Bakıdakı faciədən danışdı

Türk müğənni Bakıdakı faciədən danışdı

Bakıda yanan binada ölənlərlə bağlı Türkiyə şou-biznes nümayəndələri Azərbaycana başsağlığı veriblər. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Bakıda baş verən dəhşətli faciədən üzüldüyünü bildirib.

Tanınmış müğənni və aktyor Facebookdakı səhifəsində Bakıya başsağlığını bildirib.

“Azərbaycanda baş verən yanğın zamanı həyatlarını itirən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Yaralanan şəxslərə Allahdan şəfa arzulayıram”, - deyə Özcan Dəniz bildirib.

Qeyd edək ki, mayın 19-da Binəqədi rayon, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Hadizə zamanı 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.