banner
banner

Sosİal

Taksi sürücülərinin NƏZƏRİNƏ

Taksi sürücülərinin NƏZƏRİNƏ

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müəyyənləşib. Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verildikdə dürüstləşdirmə məbləği tətbiq ediləcək.

Belə ki, aşağıdakı şərtlərin hər biri mövcud olduqda avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;
sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.
Sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilmiş sığorta müqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və ya xitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyata keçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsində tətbiq ediləcək.

Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyat vasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsində avtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməklə hesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmiş sığorta haqqı məbləği arasındakı fərqə bərabərdir.

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldə edilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlət qurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən edilir.

Növbəti sığorta müqaviləsi bağlananadək



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.