BDYPİ-dən yağıntılı hava şəraiti ilə bağlı - Xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Cis.az xəbər verir ki, qurumdan hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunduğu bildirilib.
Qeyd olunub ki, belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırıb ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.
Sürücülərə tövsiyə olunub:
- Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;
- Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.