banner
banner

Sosİal

Maaşlarla bağlı vacib qərar: artım bu şəxslərə aid olacaq – SİYAHI

Maaşlarla bağlı vacib qərar: artım bu şəxslərə aid olacaq – SİYAHI

Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən, eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı verilməsi işəgötürənlər üçün öhdəlik kimi müəyyənləşdirilir. Dəyişikliklərin məqsədi qadınlarla kişilər arasında mövcud maaş fərqini azaltmaqdır. Gözlənilir ki, bu addımlar nəticəsində bəzi sahələrdə qadınların əməkhaqlarında artım müşahidə olunacaq.

Bu, hansı peşələrdə çalışan qadınlara şamil oluna bilər?

Medianews.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, bu dəyişikliklər Əmək Məcəlləsində bərabər əməkhaqqı prinsipinin tətbiqi ilə bağlıdır:

“Yeni qayda cinsiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlib. Qanun layihəsinə əsasən, bu prinsip bütün peşə və fəaliyyət sahələrinə – dövlət və özəl sektorda çalışan müəllimlərə, həkimlərə, dövlət qulluqçularına, ofis əməkdaşlarına şamil olunur. Eyni zamanda, istehsal və xidmət sahələrində çalışan fabrik, zavod işçiləri, market, restoran əməkdaşları, bank və maliyyə sektoru nümayəndələri də bu sırada yer alır”.

Ekspert bildirib ki, texniki, idarəedici vəzifələrdə çalışan mühəndislər, proqramçılar, menecerlər və layihə rəhbərləri də sözügedən hüquqdan yararlanır:

“Həmçinin, ənənəvi olaraq “kişi işləri” hesab edilən tikinti, nəqliyyat və təhlükəsizlik sahələrində fəaliyyət göstərən qadınlar da bu prinsiplə əhatə olunur. Qanun cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli iş görən hər kəsə tətbiq olunacaq. Bütün sahələr üzrə əməkhaqqı bərabərliyinin təmin edilməsinə xidmət edəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.