banner
banner

Gündəm

Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb

Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb

Məhkəmədə xəstəliyə görə cəzadan azad etmə ilə bağlı müraciətlərdə məhkumun mövqeyi onun iclasa gəlməsi, zərurət olduqda videokonfrans formatında iştirakı ilə dəqiqləşdirilməlidir.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə göndərilən tövsiyədə bildirilib.

Vurğulanıb ki, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə institutunun tətbiqi zamanı məhkumun sağlamlıq vəziyyəti və onun cəzanı faktiki çəkmək imkanının olub-olmaması nəzərə alınır.

Bununla da cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olan şəxs cəzadan azad edilir.

Təcrübə göstərir ki, bəzi hallarda xəstəliyə görə cəzanı çəkməkdən azad etmə barədə məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən edilmiş müraciətlərə məhkumun xəstəliyini təsdiq edən sənədlər əlavə olunmur.

Həmçinin, müraciətlə bağlı mövqeyinin dəqiqləşdirilməsi üçün məhkumun məhkəmə iclasında bilavasitə iştirakı təmin olunmadan və ya iştirakı ilə bağlı məsələ lazımi qaydada həll olunmadan onun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olub-olmaması ilə bağlı həkim komissiyasının rəyinin alınması üçün tibbi şəhadətləndirilmə barədə qərar qəbul olunur.

Bildirilib ki, bu da sui-istifadə hallarının yaranmasına, o cümlədən əsassız müraciətlər nəticəsində zəruri olmayan təxliyələrin həyata keçirilməsinə və əlavə tibbi müayinələrin aparılmasına səbəb olur.

Qeyd edilib ki, göstərilənləri nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə olunur:

xəstəliyə görə cəzanı çəkməkdən azad etmə barədə məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən verilmiş ərizələrlə əlaqədar işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılma;

müdafiəçinin və ya qanuni nümayəndənin ərizələrinə dair məhkumun mövqeyinin dəqiqləşdirilməsi üçün həmin müraciətlərə məhkum edilmiş şəxslərin iştirakı ilə baxılması;

səhhətinin vəziyyəti məhkumun məhkəmə iclasında bilavasitə iştirak etməsinə imkan vermədikdə videokonfrans əlaqə sistemindən istifadə olunması;

müraciətə məhkumun iddia edilən xəstəliyə düçar olduğunu təsdiq edən tibbi sənədlərin əlavə olunmadığı aşkar edildikdə belə natamamlığın cəzanı icra edən müəssisə və orqanlardan həmin sənədlər tələb edilməklə aradan qaldırılması.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI

Nazirlər Kabineti "Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.

Əli Əsədov qərar İMZALADI

Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Paytaxtın mərkəzində yol çökdü - FOTO

Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb.

Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər

Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.

Məkkəyə giriş dayandırıldı - SƏBƏB

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.