Milli Hidrometeorologiya Xidməti aprelin 15-nə olan hava proqnozunu təqdim edib. Paytaxtda və yarımadanın müxtəlif ərazilərində arabir yağış yağacağı ehtimal olunur.
Cia.az bildirir ki, gecə və səhər saatlarında yağıntıların bəzi yerlərdə qısamüddətli intensiv xarakter alacağı gözlənilsə də, günorta saatlarında fasilə yaranacaq.
Bakıda mülayim şimal-qərb küləyi əsəcək və gündüz saatlarında cənub-şərq istiqaməti ilə əvəzlənəcək. Temperatur gecə saatlarında 8-10, gündüz isə 13-16 dərəcə isti təşkil edəcək. Havadakı rütubət səviyyəsi 75-85 faiz civarında dəyişəcək.
Rayonlarda da oxşar hava şəraiti hökm sürəcək. Bir çox bölgələrdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə şimşək çaxacağı və yağıntıların güclənəcəyi istisna edilmir. Səhər saatlarından etibarən qərb rayonlarında hava tədricən sabitləşməyə başlayacaq. Regionlarda temperatur gündüz saatlarında 20 dərəcəyə qədər yüksələcək, dağlarda isə gecə saatlarında bir qədər şaxta müşahidə olunacaq.
Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.
Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənilib.