Pandemiyaya qədər sərnişinlərin xidmətində olan dəmir yolu reysləri və stansiyalarının fəaliyyəti mərhələli şəkildə bərpa edilir.
Bu barədə Cia.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Kürdəmir dəmir yolu stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşıb və stansiya müasir tələblərə uyğun şəkildə sərnişinlərin istifadəsinə verilir. “Sabahdan etibarən bir sıra istiqamətlər üzrə hərəkət edən qatarların Kürdəmir stansiyasında dayanması təmin olunacaq. Artıq bu gündən həmin reyslər üzrə biletlərin satışına başlanılıb”, – deyə şöbə müdiri bildirib.
Qeyd olunub ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, Bakı–Qazax, Bakı–Balakən, Bakı–Ağdam və digər istiqamətlər üzrə qatarlar Kürdəmirdə dayanacaq. Bu isə regionlararası səfərlərin daha əlçatan olmasına və sərnişin axınının artmasına müsbət təsir göstərəcək.
“Görülən işlər sərnişinlərin rahatlığının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır. Kürdəmir stansiyasının yenidən fəaliyyətə başlaması bölgələr arasında nəqliyyat əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, – deyə ADY rəsmisi əlavə edib.
Qeyd edək ki, həyata keçirilən bu tədbirlər ölkədə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində atılan mühüm addımların tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib.
Nazirlər Kabineti "Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.
Məhkəmədə xəstəliyə görə cəzadan azad etmə ilə bağlı müraciətlərdə məhkumun mövqeyi onun iclasa gəlməsi, zərurət olduqda videokonfrans formatında iştirakı ilə dəqiqləşdirilməlidir.
Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.
Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.