"AtaSığorta" sığorta şirkətinin sığorta portfeli "Atəşgah" sığorta şirkətinə ötürülüb.
Cia.az APA-ya istinadən xəbər verir ki, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən "Atəşgah" Sığorta Şirkəti ASC-yə ötürülüb. Yəni indiyədək əmlakı və ya məsuliyyəti "AtaSığorta"da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa, bununla bağlı artıq "Atəşgah" sığorta şirkətinə müraciət etməli olacaq.
Qeyd edilib ki, bu qayda "Sığorta fəaliyyəti haqqında" Qanunun 72-ci maddəsi ilə tənzimlənir.
Xatırladaq ki, ötən ilin sonuna "AtaSığorta" şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin edib. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lisenziyasını da ləğv edəcək.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.