banner
banner

Şou

Məhkəmə Rəqsanə barəsində qərar verdi

Məhkəmə Rəqsanə barəsində qərar verdi

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

Cia.az Apa-ya istinadən xəbər verir ki,  onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Noyabr ayında isə Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. Sabunçu rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

Dəymiş zərərin müəyyən hissəsinin (100 min manat) ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Müğənnilik qadın sənəti deyil"

"Bu sənət çox çətindir. Əsasən də qadın üçün. Bu sənət qadın üçün deyil, kişi üçündür. Əvvəllər deyirdilər ki, toyda qadınlar oxumaz. Deyirdilər, filan toyda qadın müğənni var. Camaata qəribə gələrdi ki, qadın müğənni var? O vaxt toyları kişilər oxuyardı". Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günə uğurla" verilişində deyib.

Nura Suri məhkəmədə uduzdu

Xəbər verildiyi kimi, müğənni Nura Suri ilə Demokrat.az saytı arasında baş verən qalmaqal məhkəmə müstəvisinə daşınıb.