banner
banner

Gündəm

Gülnarə Kərimovanın mənimsədiyi 800 milyon müsadirə olundu: İsveçrədə şok proses

Gülnarə Kərimovanın mənimsədiyi 800 milyon müsadirə olundu: İsveçrədə şok proses

İsveçrə Federal Cinayət Məhkəməsində Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı genişmiqyaslı məhkəmə prosesi başlayıb.

Cia.az xəbər verir ki, Kərimova irimiqyaslı korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq materiallarına görə, o, Özbəkistanda lisenziya əldə etmək istəyən telekommunikasiya şirkətlərindən milyardlarla dollar dəyərində rüşvət alıb və bu vəsaitlərin yüz milyonlarla dollarını İsveçrədəki hesablar, fiktiv şirkətlər və daşınmaz əmlak vasitəsilə leqallaşdırıb.

Cinayət işi çərçivəsində artıq təxminən 800 milyon frank məbləğində vəsait müsadirə edilib. İstintaq əsasən 2005-2012-ci illəri əhatə edir və medianın məlumatına görə, məhkəmə prosesi təxminən bir ay davam edəcək.

Xatırladaq ki, Gülnarə Kərimova bundan əvvəl Özbəkistanda 13 ildən artıq müddətə azadlıqdan məhrum edilib və hazırda cəzasını orada çəkir. İsveçrədəki məhkəmənin nəticələri həm mənimsənilmiş vəsaitlərin taleyi, həm də beynəlxalq maliyyə cinayətləri ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda vəkillər müdafiə tərəfinin arqumentlərini hazırlayır, prokurorluq isə yeni dəlillərin olduğunu iddia edir. Bu proses Mərkəzi Asiyanın keçmiş elit təbəqəsinin maliyyə əməliyyatlarının şəffaflaşdırılması istiqamətində növbəti böyük addım hesab olunur.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

SOS: Xəzər quruyur - Daha bir XƏBƏRDARLIQ

Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır. Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.

Bu şəxslərə avtomobil verildi - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.

Bakıda sənədsiz evlər söküləcək - Kompensasiya kimlərə veriləcək?

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.