banner
banner

Gündəm

SOS: Xəzər quruyur - Daha bir XƏBƏRDARLIQ

SOS: Xəzər quruyur - Daha bir XƏBƏRDARLIQ

Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır. Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.

 

Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı tələb olunur. BMT baş katibinin müavini İnger Andersen isə ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.

Belə bir proqram mümkündürmü? Təhlükə gerçəkdənmi ciddidir? Əgər Xəzərin səviyyəsi proqnoz edildiyi kimi enərsə, bizi nə gözləyir?

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a bildirib ki, Xəzər dənizinin səviyyəsi bir zamanlar yüksəlirdi, indi əksinə aşağı düşür. Onun fikrincə, dənizin enməsinin əsas səbəbi suvarmadır:

“Xəzərin sudaşıyıcı çaylarının suvarmaya cəlb olunması çəkilmələrə səbəb olur. Eyni zamanda, iqlim dəyişikliyi fonunda hava istiliyinin artması ilə yağıntılar azalıb, Xəzərdə buxarlanma çoxalıb. 1960-cı illərdən başlayaraq sovet hökuməti dövründə pambıqçılığın inkişafına su mənbələri cəlb edildi. Pambıqçılıq da böyük su tələb edirdi. Hazırda ölkəmizin ərazisindən keçən əsas su mənbəyimiz Kür çayıdır. Transsərhəd çay olduğu üçün onunla bağlı sərhəddən kənarda baş verən proseslərə müdaxilə edə bilmərik. Bu, artıq beynəlxalq təşkilatların, beynəlxalq konvensiyaların işidir. Beynəlxalq konvensiyalarla transsərhəd çayların aşağı axarlarındakı dövlətlərin məcburi öhdəlikləri var. Əməl olunmalıdırr. Biz də Kürün aşağı axarında yaşayan dövlət olaraq suyunu tək özümüz üçün istifadə etməli deyilik, Xəzərə də yönləndirmək lazımdır. Bunlar əslində kompleks şəkildə həll olunmalıdır”.

 

Ekoloq deyib ki, artıq Volqa, Ural, çayları da quruyur: “Emba çayı da tamamən qurudu. 1930-cu illərdən sonra demək olar ki, Xəzərə su gətirmir. İlk növbədə suvarmanın düzgün tətbiq olunmasını həll etmək lazımdır. Xəzəryanı dövlətlər bu barədə düşünməlidir. Bunlar hamısı ciddi yanaşma tələb edir. Bu, yalnız Azərbaycanın problemi deyil, Xəzəryanı 5 dövlətin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının ciddi problemidir”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev aprelin 22-dən 24-dək Qazaxıstanın paytaxtı Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində panel sessiyada çıxış edib. Bildirib ki, Xəzər dənizinin səviyyəsi tarixi minimuma çatıb və onun dayazlaşma prosesi davam edir.

M.Babayev həmçinin, diqqətə çatdırıb ki, Xəzərə əsas su axınını (ümumi həcmin 80 %-nə qədər) Volqa çayı təmin edir, lakin hazırda suyun əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Onun sözlərinə görə, bu gün su axını tarixi minimumdadır. Prezidentin xüsusi nümayəndəsi yaranmış vəziyyətin əsas səbəbləri arasında buxarlanmanı gücləndirən iqlim dəyişikliyini, antropogen amilləri, həmçinin kənd təsərrüfatı üçün suburaxıcı və hidrotexniki qurğuların tikintisini qeyd edib. O əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması problemini prioritet hesab edir və bu istiqamətdə Qazaxıstanla sıx əməkdaşlıq edir. Xüsusi nümayəndənin sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramı ilə koordinasiya çərçivəsində Xəzərin dayazlaşmasına qarşı mübarizə üzrə səylərin birləşdirilməsi üçün beynəlxalq platforma yaradılıb, eləcə də Tehran Konvensiyası çərçivəsində 10 illik fəaliyyət planı hazırlanıb.
M.Babayev əlavə edib ki, bu istiqamətdə iş Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdiriləcək.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Bu şəxslərə avtomobil verildi - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.

Bakıda sənədsiz evlər söküləcək - Kompensasiya kimlərə veriləcək?

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.