Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - Ciddi risk var
Bu gün - aprelin 28-də ölkə üzrə hava şəraiti dəyişkən və bəzi ərazilərdə qeyri-sabit keçəcək.
Cia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gün əsasən yağmursuz olsa da, hava arabir tutulacaq və şimal-qərb küləyi güclənəcək. Temperatur gecə saatlarında 9-13°, gündüz isə 13-16° isti təşkil edəcək.
Regionlarda isə hava daha dəyişkən olacaq. Bəzi ərazilərdə qısamüddətli, lakin intensiv yağıntılar gözlənilir, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq, qərb küləyi isə arabir güclənəcək. Temperatur aran rayonlarında gündüz 15-20°, dağlıq ərazilərdə isə 7-12° isti olacaq.
Musavat.com xatırladır ki, gözlənilən küləkli və yağıntılı hava ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, güclü külək zamanı yüngül tikililərdən, reklam lövhələrindən və elektrik xətlərindən uzaq durmaq vacibdir.
Həmçinin, ildırım və sel riski nəzərə alınaraq açıq ərazilərdə ehtiyatlı olmaq, təhlükəli zonalardan uzaqlaşmaq tövsiyə olunur.
Nazirlik eyni zamanda kiçik həcmli qayıqlarla dənizə çıxmağın təhlükəli olduğunu xatırladaraq, hava şəraiti sabitləşənədək bu cür fəaliyyətlərdən çəkinməyi məsləhət görür.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.