banner
banner

Gündəm

Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi

Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ:

Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb.

Müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc edilib.

Sənədə əsasən, MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda, bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.

Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq (yaşamaq) məqsədilə ərizə təqdim etdikdə tətbiq olunacaq. Qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir.//Oxu.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

SOS: Xəzər quruyur - Daha bir XƏBƏRDARLIQ

Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır. Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.

Bu şəxslərə avtomobil verildi - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.

Bakıda sənədsiz evlər söküləcək - Kompensasiya kimlərə veriləcək?

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.