banner
banner

Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Dünya enerji bazarlarında neftin qiymətində artım tendensiyası güclənməkdə davam edir.

Cia.az xəbər verir ki, ICE Futures Europe platformasında “Brent” markalı neftin bir bareli əvvəlki sessiya ilə müqayisədə 8 dollardan çox bahalaşaraq 126 dolları ötüb. Eyni zamanda, New York Mercantile Exchange ticarət meydançasında “Light” (WTI) markalı xam neftin qiyməti də yüksələrək 110 dollar səviyyəsinə çatıb.

Beləliklə, hər iki etalon neft markası son illərin ən yüksək göstəricilərinə yaxınlaşıb və bazarda ciddi canlanma müşahidə olunur.

Analitiklər hesab edir ki, qiymətlərin bu şəkildə artmasına əsas səbəb geosiyasi gərginliklərin yenidən gündəmə gəlməsidir. Xüsusilə, Donald Trump tərəfindən Hörmüz boğazı ilə bağlı səsləndirilən son açıqlamalar enerji bazarlarında narahatlığı artıraraq qiymətlərə birbaşa təsir göstərib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

Pensiyalar BU TARİXDƏ artırılacaq - dəqiq zaman AÇIQLANDI

"Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".

Əli Əsədov qərar imzaladı

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.