banner
banner

Gündəm

SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı ətrafında baş vermiş AZAL-a məxsus təyyarə qəzası üzrə araşdırmanın hələ də davam etdiyini açıqlayıb.

Cia.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, hadisənin səbəblərini müəyyənləşdirmək üçün yaradılmış xüsusi komissiya işini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə aparır. Bildirilib ki, araşdırma prosesi Beynəlxalq Mülki Aviasiya Konvensiyasının müvafiq tələblərinə əsaslanır.

Rəsmi qurum qeyd edib ki, Azərbaycan və Rusiya xarici siyasət idarələrinin açıqlamalarından asılı olmayaraq istintaqın dayandırılması məsələsi gündəmdə deyil və proses plan üzrə davam edir.

Nazirlik həmçinin vurğulayıb ki, təhqiqat yekunlaşdıqdan sonra hazırlanacaq hesabat ictimaiyyət üçün açıq olacaq və qurumun rəsmi internet səhifəsində yerləşdiriləcək. Həmin sənəddə qəzanın səbəbləri, aparılmış araşdırmanın nəticələri və gələcəkdə oxşar halların qarşısını almaq üçün tövsiyələr yer alacaq.

Xatırladaq ki, 2024-cü ilin 25 dekabr tarixində Bakıdan Qroznıya uçuş həyata keçirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya düşmüşdü. Təyyarədə 62 sərnişin və 5 heyət üzvü olub. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə səbəb kimi uçuş zamanı xarici texniki təsir göstərilir.

Bundan əlavə, 2026-cı ilin aprel ayında Azərbaycan və Rusiya tərəfləri faciənin nəticələrinin aradan qaldırılması, eləcə də zərərçəkənlərə maddi dəstək göstərilməsi ilə bağlı razılıq əldə ediblər.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlqar Əliyev həbsdə vəfat etdi

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

Şərurlu İsfəndiyar Ermənistanda bina tikəcək? - ÖZÜ DANIŞDI

“Biz qalib dövlətik. Azərbaycan iqtisadiyyatında çox böyük inkişaf var. Bizim Ermənistana investisiya yatırmağımıza ehtiyac yoxdur. Azərbaycanda yetərincə layihələr var və biz əlimizdən gəldiyi qədər bu işləri uğurla icra etməyə çalışırıq”.

SON DƏQİQƏ: Rəşad Dağlı azadlığa çıxa bilər

May ayında əfv sərəncamının imzalanıb-imzalanmayacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bununla belə, cəmiyyətdə xüsusilə rezonans doğuran məhkumlarla bağlı mümkün əfv ehtimalları müzakirə mövzusuna çevrilib. Onlardan biri də qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovdur (Dağlı).

Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın Baş katibinə məktub göndərib.