Müğənni Xatun Əliyeva son vaxtlar xeyli çəki itirdiyini və bunun səhhətinə təsir etdiyini bildirib.
O, “Qonaqcanlı” verilişində gündəlik qidalanmasının xeyli azaldığını, yalnız bir dəfə yemək yediyini deyib. Sənətçi hər gün dəniz kənarında təxminən bir saatlıq gəzintiyə çıxdığını və bunun onun üçün vacib vərdişə çevrildiyini vurğulayıb.
Xatun əlavə edib ki, artıq aşağı kalorili qidalara öyrəşib və çox az porsiyalarla kifayətlənir. O, bu günlərdə qan təzyiqinin düşdüyünü qeyd etsə də, vəziyyətin nəzarət altında olduğunu bildirib və vitamin qəbul etdiyini söyləyib.
Qeyd edək ki, ifaçı daha əvvəl də açıqlamalarında uzun müddət ac qalaraq 20 kiloqramdan çox çəki itirdiyini bildirmişdi. (Yeni Sabah)
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.