Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb.
Cia.az "Teleqraf"a istinadən xəbər verir ki, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüseyn oğlu Ağayev bıçaq xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya dərhal tibbi yardım göstərilib, hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Kənd sakinlərinin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. İddialara əsasən, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaq tədbirlərindən sonra məlum olacaq.
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Xətai rayonunda 2007-ci il təvəllüdlü Yusif Atalay və 14 yaşlı qız dəm qazından zəhərlənib. Kirayə evdə baş verən hadisə zamanı 19 yaşlı Yusif ölüb, yeniyetmə qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə axtarışda olduqlarına görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.