Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayışla bağlı yenidən məlumat yayıb.
Cia.az xəbər verir ki, açıqlamada deyilir:
“Partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması qanunun və peşəkar informasiya mübadiləsinin əsas hüquqi və etik tələbidir.
Bu baxımdan təsdiqini tapmamış, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların, habelə cəmiyyətdə çaşqınlıq və əsassız narahatlıq yarada biləcək şayiə xarakterli paylaşımların yayılmasından çəkinilməsi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən prosessual tədbirlərin maneəsiz şəkildə davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub. Politoloq Turab Rzayev bu ilin yanvar-fevral aylarındakı statistikaya – ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkərək, bunu “demoqrafik fəlakət” adlandırıb.
küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Sosial şəbəkələrdə saxta profillərin artması ciddi narahatlıq doğurur. Mütəxəssislərin və istifadəçilərin fikrincə, bu tip hesabların əsas məqsədi anonim qalaraq dezinformasiya yaymaq, təhqir və qeyri-etik məzmunlu şərhlər yazmaqdır.
"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".
"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".