"Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.
Ədliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, qurumun ləğv edilməsi ilə bağlı qərar aprelin 29-dan qüvvəyə minib./Trend.Az
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.