banner
banner

Sosİal

Rayonlara yağış və qar yağır

Rayonlara yağış və qar yağır

Azərbaycanın bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Cia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.

Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu rayonlarda qaz olmayacaq

Mayın 12-də Hacıqabul və Neftçala rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu şəxslərə birdəfəlik maddi yardım VERİLDİ

1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Prezident İlham Əliyevin 24 aprel 2026-ci il tarixli sərəncamında nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.

Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib.

Evi sökülənlərə MÜJDƏ – Təzminatın məbləği...

Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir. Bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib. O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir.

Uşaqlara zorakılıq edənlər 600 manat cərimələnəcək

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb.

Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK - RƏSMİ

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış tibb məntəqələrində COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ

Yaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır. Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini daha qabarıq göstərir. Xüsusilə yaz aylarında soyuq hava kütlələrinin aktivliyi diqqət çəkən amillərdən biridir. Bunun fonunda belə bir sual aktuallaşır ki, yazın sərin keçməsi yayda kəskin istilərin olacağı ehtimalını artırır?