banner
banner

Sosİal

Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB

Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib.

İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır.

Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb.

Bu tarixi addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir.

Proses İdarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial proqramların və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait yaradacaq.

Vətəndaşların rahatlığı üçün məlumatların həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq.

Hazırda icrasına başlanılmış bu təşəbbüs qədim şəhərin sakinləri üçün yeni xidmət standartları və yüksək rifah vəd edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu ərazilərdə işıq olmayacaq

İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.