banner
banner

Gündəm

Qurban bayramı ilə bağlı QAYDALAR AÇIQLANDI

Qurban bayramı ilə bağlı QAYDALAR AÇIQLANDI

Qurban bayramında heyvan kəsimi qaydaları və tələbləri açıqlanıb.

Bu barədə Musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır. Qurumun açıqlamasına görə, Azərbaycan Respublikasında bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür:

"Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.

Heyvan kəsimi məntəqələrində aşağıdakı tələblərə əməl edilməlidir:


• Baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydaları təmin olunmalı;


• Məntəqədə fasiləsiz su təchizatı olmalı;


• İşçi heyət mütəmadi tibbi müayinədən keçməli;


• İşçilər xüsusi təmiz geyimlərlə (xalat, əlcək, saç toru, rezin çəkmə və s.) işləməli;


• Çirklənmiş fərdi mühafizə geyimi vaxtında dəyişdirilməli;


• Əraziyə it, pişik və zərərvericilərin daxil olmasının qarşısı alınmalı;


• Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun şəkildə toplanaraq vaxtında kənarlaşdırılmalı;


• İstifadə olunan alət və avadanlıqlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir".

AQTA-dan bildirilib ki, bununla yanaşı, heyvanların kəsimi zamanı onların rifahının qorunması və humanist yanaşmanın təmin olunması da vacib tələblərdəndir:

"Qəssab heyvanların rifahını qorumaqla kəsimi həyata keçirməli, proses zamanı sanitar-gigiyenik tələblərə riayət etməlidir. Heyvanlar nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalı, kəsimədək uyğun şəraitdə saxlanmalı və kifayət qədər içməli su ilə təmin edilməlidir. Kəsim prosesi heyvanda qorxu və stress yaratmamalı, digər heyvanların gözü qarşısında aparılmamalıdır. Kəsim mümkün qədər cəld və heyvana əziyyət vermədən icra olunmalıdır".

Qurum açıqlayıb ki, qurbanlıq heyvanların cəmdəklərinin satışı ilə bağlı da xüsusi tələblər mövcuddur:

"Satış məntəqələri soyuducu avadanlıqlarla təmin olunmalı və soyuq qida zəncirinə əməl edilməlidir. Sifariş edilən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Həmin satış şəbəkələrində diri heyvan satışı və kəsiminə icazə verilmir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri barədə aidiyyəti qurumlara və Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.