Nazir müavinindən vətəndaşların ev təminatı ilə bağlı AÇIQLAMA
Biz çalışırıq ki, ev təminatı məsələsində maliyyələşməni əlçatan və dayanıqlı edək.
Cia.az xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
“Biz nəinki gələcəyi formalaşdırırıq, gələcək də bizi formalaşdırır. Ev siyasəti ev tikməklə məhdudlaşmır. 2030-cu ilədək dünyanın 30 faiz əhalisinin ev təminatı məsələsinə ehtiyacı olacaq”, - deyə nazir müavini əlavə edib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.