Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? - XƏBƏRDARLIQ
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.
Cia.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, son dövrlər dünyada dələduzların ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışdığı hallar yayılmaqdadır.
Qeyd olunub ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.
ETX beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edib:
- Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;
- Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;
- Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;
- Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;
- Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin [email protected] elektron poçt ünvanına, həmçinin "1654" qaynar xəttinə məlumat verilməsi xahiş olunur.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın 22-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.
Bakıda köhnə binaların yenilənməsi planı paytaxt sakinlərini həm sevindirir, həm də müəyyən suallar yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 5 və 9 mərtəbəli binaların mərhələli şəkildə söküləcəyini qeyd edib. Bu addım şəhərin görkəmini gözəlləşdirsə də, mütəxəssislər bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir.
Bir çox ölkələrdə olduğu kimi, Malayziyada da hər bir nazirliyin öz inkişaf planı var. Lakin əsas məsələ bu planların bir-biri ilə ziddiyyət təşkil etmədən necə əlaqələndirilməsidir.
Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib.
Eldar Əzizovun açıqlaması ilə Bakı şəhərində köhnə yaşayış fondunun yenilənməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. İcra başçısı tərəfindən köhnə və istismar müddətini başa vurmuş binaların mərhələli şəkildə söküləcəyi ilə bağlı açıqlamalar verilib. Bu proses təkcə memarlıq və şəhərsalma baxımından deyil, həm də sosial və iqtisadi aspektlərə görə geniş maraq doğurur. Əsas suallardan biri isə söküntü işlərinin hansı ərazilərdən başlanacağıdır.
“Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərar verilib.
“Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədə olduğuna görə tərəflər belə bir addım atıb”.
“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.