banner
banner

Sosİal

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Cia.az President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:

"Zati-aliləri.

Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

28 May rəmzi və tarixi əhəmiyyətə malik bir gündür, Azərbaycan xalqının müstəqillik, dövlət quruculuğu və milli birlik arzusunu əks etdirir.

Gürcüstan Azərbaycanla möhkəm dostluğa və strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında əməkdaşlıq bir çox istiqamətlərdə uğurla inkişaf edir və qarşılıqlı hörmətə, mehriban qonşuluğa, ortaq maraqlara əsaslanır.

Əminəm ki, Gürcüstan və Azərbaycan arasında ənənəvi yaxın münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və regionda sabitliyin, təhlükəsizliyin, rifahın təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.

Cənab Prezident, mənim xüsusi ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Sizə məsuliyyətli işinizdə uğurlar, Azərbaycan Respublikasına və xalqına sülh, tərəqqi və rifah arzulayıram".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Vatsapla bağlı növbəti yenilik

Vatsap AI ilə qarşılıqlı əlaqələrini genişləndirir və iPhone istifadəçiləri üçün süni intellekt köməkçisinə sənəd paylaşma funksiyasını təqdim etməyə başlayıb.

FHN əhaliyə xəbərdarlıq etdi

Hazırda ayrı-ayrı rayonlarda qeyri-sabit və yağıntılı hava müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi proqnozlaşdırılır.

Bazar günü 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.