Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10-cu nəvəsi dünyaya gəlib.
Cia.az xəbər verir ki, prezidentin qızı Sümeyyə Ərdoğan Bayraktar və həyat yoldaşı Səlcuq Bayraktarın üçüncü övladı doğulub.
Xəstəxanada qızını və yeni doğulan nəvəsini ziyarət edən Ərdoğan onların səhhəti ilə bağlı məlumat alıb, Bayraktar ailəsini təbrik edib. Ziyarət zamanı onu həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edib.
Qeyd edək ki, Sümeyyə və Səlcuq Bayraktar cütlüyünün 2017-ci ildə dünyaya gələn qızlarına Canan Aybüke, 2024-cü ildə anadan olan övladlarına isə Asım Özdemir adı verilib. Yeni doğulan körpənin adı hələlik açıqlanmayıb.
İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.
“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.
DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.
Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.