banner
banner

Sosİal

Kimin evində varsa ŞAD XƏBƏR - QİYMƏT ARTDI

Kimin evində varsa ŞAD XƏBƏR - QİYMƏT ARTDI

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti növbəti dəfə yüksələrək investorların diqqətini cəlb edib.

Cia.az xəbər verir ki, con ticarət sessiyasının yekunlarına əsasən, qızılın bir troya unsiyası 32,9 dollar bahalaşaraq 4 499,8 dollara çatıb. Eyni zamanda, gümüşün qiymətində cüzi geriləmə qeydə alınıb və bir unsiya üçün 0,19 dollar ucuzlaşaraq 73,5 dollar olub.

Ekspertlər qızılın bahalaşmasını qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginlik və investorların təhlükəsiz aktivlərə marağının artması ilə əlaqələndirirlər. ABŞ-də inflyasiya gözləntiləri və Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı siqnallar da qiymətli metallara tələbi artıran əsas amillər sırasındadır.

Məlumatlara görə, qızıl son bir ildə 30 faizdən çox bahalaşıb və 2026-cı ildə də yüksək səviyyələrini qoruyub saxlayır. Analitiklər hesab edirlər ki, qlobal bazarlarda risklərin davam etməsi halında qızılın qiyməti yaxın aylarda da yüksək qalacaq.

Qeyd edək ki, COMEX dünya üzrə qızıl və digər qiymətli metalların qiymətlərinin formalaşdığı əsas ticarət meydançalarından biri hesab olunur.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu ərazilərdə işıq olmayacaq

İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.