Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA
“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.
Bu barədə Musavat.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, iyunun 6-dan etibarən geri dönüş uçuşları başlayacaq: "Həmin gün səhər və axşam olmaqla iki təyyarə reysi həyata keçiriləcək. Dünən 8-9 qrup Mədinəyə çatıb, bu gün də yolda olan qruplar var və onlar da Mədinəyə gəlirlər. Ayın 6-da isə sonuncu qruplar Məkkədən çıxaraq Mədinəyə yola düşəcəklər. Beləliklə, demək olar ki, Azərbaycanın bütün zəvvarları Mədinədə toplaşmış olacaq. Ayın 7-də də eyni qaydada iki reys nəzərdə tutulub. Ayın 9-da isə yenidən səhər və axşam olmaqla iki təyyarə uçacaq. Bu qaydada bütün zəvvar qruplarının mərhələli şəkildə Azərbaycana dönüşü təmin olunacaq”.
İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.
DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.
Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.