Bağı olanlara ŞAD XƏBƏR - Prezident sənəd İMZALADI
Azərbaycanda bağçılıq subsidiyasının verilməsi nəzərdə tutulur.
Cia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
Fərmana əsasən, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" yenilənib.
Bağçılıq subsidiyası – fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına və tinglərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.