banner
banner

Gündəm

Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi

Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Cia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladıb:

"Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur.

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?