banner
banner

Gündəm

Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi

Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 16 iyun tarixində Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüşüb.

Cia.az xəbər verir ki, bu barədə Partiyanın Mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ötən müddət ərzində sağlam iqtidar-müxalifət dialoq çərçivəsində görülmüş işlər, ölkənin artan beynəlxalq statusu, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal layihələr, habelə dünya və regionda müşahidə olunan tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müxalif siyasi partiyaların Milli Məclisdə təmsil olunması faktı demokratik ənənələrin inkişafı ilə yanaşı, qanunların hazırlanması prosesinə də müsbət təsir edir. Mövcud məsələdə müxtəlif yanaşmaların tətbiqi normayaratma fəaliyyətinə müsbət təsir edir.

Siyasi partiyaların beynəlxalq əlaqələri isə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Bu mənada təqdirə layiq haldır ki, ölkənin bütün siyasi partiyaları ölkəmizə qarşı tətbiq olunan “ikili standartlar” və informasiya manipulyasiyaları sərt şəkildə tənqid edir və bu cür hallar ilə mübarizədə öz töhfələrini verir.

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinin ilk günüdən etibarən, həmçinin 44 günlük Vətən müharibəsi zamanı və bilavasitə tarixi Qələbədən sonra ölkəmizdə yaşanan həmrəylik mühitinin, habelə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti vurğulanıb.

Görüş zamanı aparılan fikir mübadiləsi çərçivəsində son illər ərzində təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi partiyaların artan ictimai nüfuzu da xüsusi olaraq vurğulanıb.

Dövlətçilik ənənələrinin və milli maraqların qorunması naminə həyata keçirilən  bütün təşəbbüslərə öz sadiqliyini bildirən Partiya sədri mövcud istiqamətdə atılan hər bir təşəbbüsü bundan sonra da dəstəkləyəcəyini bildirib.

Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli maraqlara cavab verən fəaliyyətdə Demokratik İslahatlar Partiyasına müvəffəqiyyətlər arzulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR

Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı"nı təsdiq edib.

Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ

Nazirlər Kabineti bir sıra kənd təsərrüfatı məhsul və avadanlıqlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutan yeni qərarlar təsdiqləyib.

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti Dövlət Neft Şirkəti və "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti arasında Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.

Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Nazir hesabat verdi

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Ruslan Quliyev dəfn olundu - Foto

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib.

Prezident FƏRMAN İMZALADI

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilib.