Bir neçə gün əvvəl üçüncü dəfə ailə quran müğənni Rəvan Qarayev həyat yoldaşının ona efirdə çox danışmağa icazə vermədiyini bildirib.
Bu barədə o, “Günə uğurla” proqramında danışıb.
“Çox adam deyir ki, məni toya niyə çağırmadınız. Bəlkə də çağırsaydım, gəlməyəcəkdilər. Toya az sayda qonaq dəvət etmişdik. Hazırda həyat yoldaşım həkimlərlə birlikdə Niderlandda keçirilən konfransdadır. Bayaq deyirdi ki, efirdə çox danışma. Danışa bilmirəm, söz deyə bilmirəm. Efirdə çox şeyi açıqlamağa qoymur. Çağırmadığım dostlarım məndən incidi, çağırdıqlarımın eləsi var idi ki, gəlmədi. Gəlməyənlər də sonradan təbrik etdi” deyə, Rəvan Qarayev bildirib.
Qeyd edək ki, bu, Rəvan Qarayevin üçüncü, Səbinə xanımın isə ikinci evliliyidir. Rəvanın əvvəlki nikahlardan 2, Səbinənin isə 1 qız övladı var. (axsam.az)
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.