banner
banner

Gündəm

Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...

Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...

Yasamal və Yeni Yasamal bir vaxtlar paytaxtda nisbətən əlçatan qiymətə torpaq tapılan əsas ərazilərdən biri idi. Son illər isə vəziyyət dəyişib və bəzi elanlarda 4-5 sot torpaq sahəsinin qiyməti 700-800 min manata, hətta daha yüksək rəqəmlərə qədər yüksəlib. Bu artım bazarın real vəziyyətini, yoxsa süni qiymət formalaşmasını müzakirə mövzusuna çevirib.

“Mənim yanaşmama görə, torpaq daşınmaz əmlakın artırılması mümkün olmayan növüdür. Köhnə tikililərin sökülərək yerində daha iri və yeni binaların inşa edilməsi mümkündür, lakin torpaq sahəsinin özü artırıla bilmir. Bu faktor uzunmüddətli qiymət artımının əsas struktur səbəblərindən biridir”.

Bunu “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əhalinin artımı və şəhərləşmənin genişlənməsi torpağa tələbi artırdığı üçün hər nəfərə düşən ehtiyat azalır və nəticədə torpaq daha çox uzunmüddətli investisiya alətinə çevrilir:

“Qısa müddətdə gəlir əldə etmək istəyənlər üçün mənzil və ya kommersiya obyektlərinə investisiya daha uyğun ola bilər. Lakin torpaq illər ərzində dəyər qazanan strateji aktiv kimi nəzərdən keçirilməlidir. Onun qiymətləri bundan sonra da artmaqda davam edəcək. Hətta müəyyən mənfi iqtisadi hadisələr baş versə belə, hazırkı mərhələdə qiymətlərin azalacağı ehtimalını aşağı görürəm.

Yasamal ərazisi bu baxımdan ölkənin əsas inkişaf zonalarından biridir. Bu rayonda torpaqdan istifadə daim yüksək aktivliklə müşahidə olunur və bu ərazi həm sıxlıq, həm də rəqabət baxımından çox cəlbedicidir.

Gələcək şəhərsalma planlarına əsasən, paytaxtda idarəetmə və inkişaf bir mərkəz ətrafında deyil, çoxmərkəzli sistem üzərində qurulacaq. Bu kontekstdə Yasamal da əsas mərkəzlərdən biri kimi ön plana çıxır və şəhərin inkişafında mühüm rol oynayır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar

Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Nikah müqaviləsi son illərdə evlənməyə hazırlaşan cütlüklər arasında daha çox maraq doğuran hüquqi sənədlərdən birinə çevrilib. Bu müqavilə boşanma və ya əmlak bölgüsü zamanı tərəflərin hüquqlarını əvvəlcədən müəyyən etməyə imkan verir. Bəs nikah müqaviləsi hansı hüquqi təminatları yaradır və hansı məsələləri bu sənədlə tənzimləmək mümkün deyil?

Bu sürücülər kəmər taxmaya bilər

Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.

Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR

Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı"nı təsdiq edib.