Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Türkiyənin Çivril rayonunun Kıralan məhəlləsində keçirilən toy mərasimi silahlı insidentlə nəticələnib.
Gəlinin evdən çıxarılması zamanı 15 yaşlı yeniyetmənin ov tüfəngi ilə havaya atəş açmaq istəməsi nəticəsində 11 nəfər yaralanıb.
Məlumata görə, S.Ş. adlı yeniyetmənin atdığı güllələr ətrafdakı insanlara dəyib. Yaralanan şəxslər təcili yardım avtomobilləri və şəxsi nəqliyyat vasitələri ilə xəstəxanaya çatdırılıblar.
Yaralılardan ikisi əlavə müayinə və müalicə üçün Denizlidəki xəstəxanalara göndərilib. Digər yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisədən sonra jandarma əməkdaşları ərazidə araşdırmalara başlayıb. Silahdan istifadə etdiyi ehtimal olunan 15 yaşlı yeniyetmə dindirilmək üçün bölməyə aparılıb. Faktla bağlı məhkəmə və inzibati araşdırmalar davam edir./milli.az/
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.