Bakı Şəhər Bələdiyyə Teatrı və “Yaşıl Teatr” Konsert Kompleksi bütün əmlakı ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.
Baş nazir Əli Əsədov "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanının icrasını təmin etmək məqsədilə Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi müvafiq qurumlarla razılaşdırmaqla hər iki mədəniyyət ocağının bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməli və iki ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.